Xavi Kristensenin durumuna aydınlıq gətirdi
09.11.2022 - 20:29
Xavi Kristensenin durumuna aydınlıq gətirdi

“Barselona”nın futbolçusu Andreas Kristensenin durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, İspaniya klubunun baş məşqçisi Xavi La Liqanın XIV turunun “Osasuna” ilə görüşündə əvəzlənən müdafiəçinin vəziyyətinə şərh verib.

O bildirib ki, Andreasın məcburi dəyişdirilməsi zədə ilə bağlı deyil: “Andreas zədələnməyib. O, zədədən yeni sağalıb. İndi sadəcə əzələ yorğunluğu oldu”.

Qeyd edək ki, Kristensenin əvəzləndiyi görüşdə komandası 2:1 hesablı əzmkar qələbə qazanıb.
 

0