[b]“Qarabağ”ın rəqibi azlıqda qalan “Çezena”nı cəzalandırdı[/b]
26.10.2014 - 22:55
[b]“Qarabağ”ın rəqibi azlıqda qalan “Çezena”nı cəzalandırdı[/b]

Bu gün İtaliya A seriyasında VIII turun oyunlarına yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi “İnter” səfərdə “Çezena” ilə mübarizə aparıb. 

 

Matçın 30-cu dəqiqəsində meydan sahiblərinin futbolçusu Lealinin birbaşa qırmızı vərəqə almasından sonra rəqibimiz qələbə qazanmağı bacarıb. “Çezena”nın azlıqda qalmasından 2 dəqiqə sonra İkardi “İnter”i hesabda önə çıxarıb. Matçda bundan başqa qol olmayıb. 

 

Beləliklə, milanlılar 3 turdan sonra 3 xalın nə olduğunu biliblər.

0