[b]“Qəbələ”nin futbolçusu Ronaldo ilə görüşə çağırıldı[/b]
19.05.2016 - 13:32
[b]“Qəbələ”nin futbolçusu Ronaldo ilə görüşə çağırıldı[/b]

“Qəbələ”nin futbolçusu Sergey Zenyov Estoniya millisinə dəvət alıb. Apasport.az saytının məlumatına görə, zədə səbəbindən son turları buraxan hücumçu yığmasının bu ayın sonunda start götürəcək təlim-məşq toplanışına çağırılan heyətdə yer alıb.

 

Belə ki, estoniyalıların çalışdırıcısı Maqnus Persson qarşıdakı 4 yoxlama matçı üçün 30 oyunçudan ibarət geniş heyət açıqlayıb. Sergey də bu siyahıda yer alıb. Zədə üzündən onun sonradan heyətdən çıxarılması da istisna deyil.

 

27 yaşlı hücumçu yoxlama matçlarına qədər problemini həll etsə, mayın 29-da Litva, iyunun 1-də Andorra, 4-də Latviya, 8-də Kriştianu Ronaldolu Portuqaliya ilə matçlarda forma geyinmək şansı qazanacaq.

 

Qeyd edək ki, Zenyov indiyədək yığmada 50 oyun keçirib və 9 qol vurub.

0