[b]"Barselona" Suareslə yeni müqavilə imzalayacaq[/b]
26.04.2016 - 10:02
[b]"Barselona" Suareslə yeni müqavilə imzalayacaq[/b]

“Barselona” rəhbərliyi komandanın aparıcı oyunçularından olan Luis Suareslə yeni müqavilə bağlayacaq. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, son 2 matçda poker edən 29 yaşlı hücumçunun çıxışı kataloniyalıları tam qane edir.

 

Uruqvay yığmasının üzvünün hazırkı komandası ilə 2019-cu ilə qədər nəzərdə tutulmuş sözləşməsi var. Lakin ispanlar Suaresin anlaşmasının müddətini bir qədər də uzatmaq qərarına gəliblər.

 

Yeni müqaviləyə qol çəkdikdən sonra təcrübəli futbolçunun maaşı da artırılacaq. İndiki məqamda Suares “Barselona”da təkcə Lionel Messi və Neymar deyil, Andres İnyesta və Dani Alveşdən də az məvacib alır.

 

Qeyd edək ki, Suares “Barselona”ya 2014-cü ildə “Liverpul”dan keçib. 

0