[b]Eddi İsrafilov darmadağınla başladı[/b]
03.09.2017 - 14:54
[b]Eddi İsrafilov darmadağınla başladı[/b]

İspaniya Sequndasında III turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın oyunçusu Eddi İsrafilovun yenicə anlaşdığı “Ximnastik” də növbəti matçına çıxıb.

 

Tarraqona təmsilçisi doğma meydanda “Sportinq Xixon”la qarşılaşıb. Matç qonaqların 4:0 hesablı darmadağını ilə yekunlaşıb.

 

Oyuna start heyətində başlayan Eddi 67-ci dəqiqədə əvəzlənib.

 

Qeyd edək ki, 3 oyundan sonra aktivində 1 xal olan “Ximnastik” turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

0