"Qalatasaray"la UEFA Kubokunu qazanan futbolçu: Dilənçidən betərəm - FOTO
05.04.2016 - 17:21
"Qalatasaray"la UEFA Kubokunu qazanan futbolçu: Dilənçidən betərəm - FOTO

2000-ci ildə “Qalatasaray”ın heyətində UEFA Kubokunu qazanan futbolçu çayxanada çalışır. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, söhbət sabiq müdafiəçi Alper Tezcandan gedir.

 

Tarixi uğur zamanı 25 nəfərlik heyətdə yer alan Tezcan maddi imkansızlıqdan əziyyət çəkir. Bir çayxanada işləyən Alperin günlük qazancı 30 lirədi (16 manat). Həmin mövsüm “Boloniya” ilə qarşılaşmanın son dəqiqələrində meydana daxil olan və ayağı qırılan Tezcan 12 dəfə cərrahiyyə əməliyyatı keçirdiyindən, istədiyi kimi karyera qura bilməmişdi. O, “Qalatasaray”dan heç bir yardım almadığını və sağalması üçün atasının bütün pulunu xərclədiyini vurğulayıb.

 

Yerli mətbuata açıqlamasında “Qalatasaray” rəhbərliyini tənqid atəşinə tutan 36 yaşlı keçmiş futbolçu UEFA Kuboku mükafatının ona verilmədiyini bildirib: “Vəfasızlıq belə olur. Hər şeyinizi versəniz də, qarşılığını görmürsünüz. Atam bütün pulunu mənim yolumda xərclədi. 6 yaşımdan “Qalatasaray” akademiyasında oynadım. Bir qutu dərman atdığım vaxt olub. Məni xəstəxanaya son anda çatdırıblar. İndi 30 lirəyə dolanmağa çalışırıq. UEFA Kubokunu almış 25 oyunçudan biriyəm və medalım da var. Amma borc üzündən medalım əlimdən alınıb. 250 min dollar mükafat haqqım var idi. Dövlət də 250 Cümhuriyyət qızılı verəcəkdi. Heç nə almadım. Medalımı satacaqdım, amma almaq istəyən adama hədə-qorxu gəldilər, o da imtina etdi. Halbuki o, 250 min lirəyə almağa razılıq vermişdi. Dilənçidən betərəm. Bu yaşda atamdan necə pul istəyim?”.

 

Qeyd edək ki, 1998-2001-ci illərdə “Qalatasaray”ın formasını geyinmiş Alper Tezcan “cim-bom”dan ayrıldıqdan sonra bir neçə klubda çıxış etsə də, zədə onun futbolda çox qalmasına imkan verməyib. Sabiq sağ cinah oyunçusu 27 yaşında karyerasını bitirib.

0