Buffon karyerasını nə vaxt bitirəcək?
01.04.2016 - 15:03
Buffon karyerasını nə vaxt bitirəcək?

“Yuventus”un və İtaliya yığmasının qapıçısı Canluici Buffon karyerasını bitirəcəyi vaxtı açıqlayıb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, təcrübəli qolkiper butslarını mismardan 40 yaşında asacaq.

 

Bu isə o deməkdi ki, 38 yaşlı Buffon 2 ildən sonra karyerasını başa vuracaq. O, karyerasının sonuna qədər “Yuventus”da qalmağı planlaşdırır. Buffon daha sonra isə ABŞ və ya Çin klublarından birində skaut kimi çalışmaq niyyətindədi.

 

Qeyd edək ki, “Parma”nın yetirməsi olan Buffon 2001-ci ildən “Yuventus”un, 1997-ci ildən isə İtaliya yığmasının formasını geyinir.  

0