Rəqibimizin planları
07.03.2014 - 09:03
Rəqibimizin planları

Mayın 27-də Azərbaycan millisi ilə yoldaşlıq oyunu keçirəcək ABŞ yığması DÇ-2014-ün final mərhələsi ərəfəsi üçün planları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Braziliyadakı mundiala hazırlaşan amerikalılar San-Fransiskodakı görüşdən sonra daha iki matça çıxacaq.

 

Komandamızın rəqibi iyunun 1-də Türkiyə, 7-də Nigeriyanı sınağa çəkəcək. Bu qarşılaşmaların Nyu-Cersidə keçirilməsi gözlənilir.

 

Türkiyə millisi də təkcə ABŞ-la oyunla kifayətlənməyəcək. Hondurasla da qarşılaşacaq “ay-ulduzluların planlarında daha iki matç var. Millimizin ABŞ səfəri zamanı keçirəcəyi növbəti yoxlama matçının bu rəqibə qarşı olması da istisna deyil. Eyni sözləri Honduras və Nigeriyaya da aid etmək mümkündür.

 

 

 

0