28 Dekabr 18:22 “Apasport”un müxbiri ilin jurnalisti seçildi
DİGƏR NÖVLƏR xəbərləri 28 Dekabr 18:22
2871 baxış

“Apasport”un müxbiri ilin jurnalisti seçildi

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) 2017-ci ilin idman laureatlarının adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, mükafatlandırılanlar arasında jurnalistlər də var. 

 

İlin idman jurnalistləri sırasında “Apasport”un müxbiri Vüqar Xeyrullayev də yer alıb. O, Anar Əhmədov (“Olimpiya dünyası”), Həbib Aslanov (“Futbol+”) və Oqtay Bayramovla (“Xalq qəzeti”) birgə ən yaxşı olub. İlin fotoreportyoru nominasiyasında qalib adına Leyla Nağıbəyova (“Neftçi” futbol klubu) layiq görülüb.

 

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilin idmanı ən yaxşı işıqlandıran informasiya agentliyi elan olunub. “Futbol+” ilin idman qəzetləri, “CBC Sport” isə telekanallar sırasında fərqləniblər. İlin idman nəşri nominasiyasında Əbülqasım Novruzovun müəllifi olduğu “Şuşada voleybolu sevirdilər...” kitabı qalib seçilib.

 

Laureatlar sırasında Azərbaycan Velosiped İdman Federasiyasının mətbuat xidməti, həmçinin “sport24.az” və “1news.az” portalları da var.

 

Xəbər lenti