18 Fevral 19:15 Araz Abdullayev darmadağında iştirak etdi
FUTBOL xəbərləri 18 Fevral 19:15
639 baxış

Araz Abdullayev darmadağında iştirak etdi

Kiprin I Divizionunda XXV turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, milli komandamızın futbolçusu Araz Abdullayevin şərəfini qoruduğu “Anortosis” də növbəti matçına çıxıb.

 

Famaqusta təmsilçisi doğma meydanda “Ermis”lə qarşılaşıb. Görüş ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Start heyətində yer almayan Araz meydana 56-cı dəqiqədə çıxıb.

 

Qeyd edək ki, 25 oyuna 53 xal toplayan "Anortosis" turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.

Xəbər lenti