[b]Eddi İsrafilovun komandasından ev heç-heçəsi[/b]
18.02.2018 - 12:15
[b]Eddi İsrafilovun komandasından ev heç-heçəsi[/b]

Millimizin futbolçusu Eddi İsrafilovun yeni komandası "Alkorkon" İspaniyanın II La Liqasında növbəti oyununu keçirib. Apasport.az saytı xəbər verir ki, adıçəkilən komanda XXVII tur çərçivəsində "Tenerife"ni qəbul edib.

 

Qarşılaşma 1:1 hesabı ilə nəticələnib.

 

İsrafilov bu görüşün iştirakçısı olmayıb. Yığmamızın üzvü zədəli olduğu üçün adı matçın iştirak ərizəsinə salınmayıb.

 

Aktivində 34 xal olan "Alkorkon" turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.

 

Qeyd edək ki, Eddi İsrafilov "Alkorkon"a bu il "Ximnastik"dən keçib.

0