23 May 15:12 Konte “Çelsi” ilə müqaviləsini pozmaq istəmir
FUTBOL xəbərləri 23 May 15:12
252 baxış

Konte “Çelsi” ilə müqaviləsini pozmaq istəmir

“Çelsi”nin baş məşqçisi Antonio Konte öz istəyi ilə klubdan ayrılmaq istəmir. Apasport.az saytının “Telegraph”a istinadən məlumatına görə, italiyalı mütəxəssis öz istəyi xaricində, yalnız təzminat ödənilmək şərti ilə göndərilə bilər.

 

Kontenin “Çelsi” ilə müqavilə müddətinin bitməsinə 1 il qalıb. Rəhbərlik onu göndərmək qərarına gələcəyi təqdirdə 9 milyon funt sterlinq təzminat ödəməli olacaq.

 

Qeyd edək ki, “Barselona”nın sabiq çalışdırıcısı Luis Enrike və Mauritsio Sarrinin (“Napoli”) adı “Çelsi” ilə birgə hallanır.

Xəbər lenti