18 Fevral 15:56 Renat Dadaşovun qolu "Ayntraxt"a 3 xal qazandırdı
FUTBOL xəbərləri 18 Fevral 15:56
459 baxış

Renat Dadaşovun qolu "Ayntraxt"a 3 xal qazandırdı

Millimizin futbolçusu Renat Dadaşovun çıxış etdiyi "Ayntraxt"ın 19 yaşadək futbolçulardan ibarət komandası Almaniya Gənclər Bundesliqasının cənub zonasında növbəti oyununu keçirib. Apasport.az saytı xəbər verir ki, Frankfurt təmsilçisi XVIII tur çərçivəsində "Karlsrue"ni qəbul edib.

 

Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Ayntraxt"ı qalibiyyətə daşıyan qola məhz Dadaşov imza atıb. Start heyətində yer alan Renat 89-cu dəqiqədə fərqlənib.

 

Qeyd edək ki, aktivində 19 xal olan "Ayntraxt"ın U-19 komandası hazırda turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.

Xəbər lenti