“Real”ın daha bir futbolçusu sıraya dönür
27.02.2015 - 13:42
“Real”ın daha bir futbolçusu sıraya dönür

Cari mövsümdə başı zədələrə qarışan Madrid “Real”ının almaniyalı futbolçusu Sami Xedira tezliklə sıraya dönəcək. Apasport.az saytının məlumatına görə, həkimlər onun gələn həftədən etibarən məşqlərə başlaya biləcəyini deyiblər.

 

Bununla bağlı fikirlərini bölüşən 27 yaşlı yarımmüdafiəçi sevincini gizlətməyib: “Nəhayət. Həkimlər mənə komanda ilə birgə məşqlərə başlamağa icazə verdilər. Tezliklə sıraya dönəcəm”.

 

Qeyd edək ki, “kral klubu”nun digər futbolçusu Luka Modriç də zədəsini sağaldıb. Xorvatiyalı xavbek bu həftə məşqlərə başlayıb. 

0