Kaxaber Sxadadze: Oyunun gedişini nəzarətdə saxlayırdıq
28.02.2015 - 17:31
Kaxaber Sxadadze: Oyunun gedişini nəzarətdə saxlayırdıq

“Bu oyunda üç xal qazanmaq çox vacib idi. "Simurq"a qarşı oynamaq çox çətindi”. Apasport.az saytının məlumatına görə, bunu “İnter”in baş məşqçisi Kaxaber Sxadadze deyib.

 

Gürcüstanlı mütəxəssis Topaz Premyer Liqasının XXIV turu çərçivəsində “Simurq”la oyunu şərh edib: “Rəqib qapanmağı bacaran bir komandadı. Buna baxmayaraq, qol vurmağı bacardıq və oyunun gedişini nəzarətdə saxlayırdıq. Son dəqiqələrdə konsentrasiyanı itirdik və heç nədən qol buraxdıq. Amma futbolçulardan məmnunam və onlara təşəkkür etmək istəyirəm. Qarşıda bizi çətin oyunlar gözləyir. Tez bir zamanda bərpa olunub, mübarizəni həm kubokda, həm çempionatda davam etdirməliyik".

 

Qeyd edək ki, "İnter" matçda 2:1 hesabı ilə qələbə qazanıb.

Mənbə: pfl.az

0