[b]Millimiz turniri məğlubiyyətlə başa vurdu, Fransa lider oldu - YENİLƏNİB[/b]
31.03.2015 - 23:03
[b]Millimiz turniri məğlubiyyətlə başa vurdu, Fransa lider oldu - YENİLƏNİB[/b]

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunda VII qrupun oyunlarına bu gün yekun vurulub. Apasport.az saytının məlumatına görə, Fransada keçirilən turnirdə Azərbaycan yığması da son oyununa çıxıb.

 

İlk iki görüşdə uduzan Nikolay Adamın yetirmələrinin mübarizəni bu mərhələdə dayandırdığı rəsmiləşdiyindən Danimarka ilə görüş formal xarakteri daşıyıb. Eyni sözlər şimallılara da aid olduğundan bu iki komanda yalnız təsəlli baxımından önəmli olan III yer üçün mübarizə aparıb.

 

Qarşılaşmada millimiz yenə məğlub olub. Görüş 3:0 hesabı ilə Danimarkanın qələbəsi ilə başa çatıb.

 

Final mərhələsinə yeganə vəsiqənin taleyinə isə digər görüşdə aydınlıq gəlib. Hərəyə 2 qələbə qazanan Fransa və İngiltərə qrup qalibini müəyyənləşdirib. Bu matçda da azarkeşlər 3 qola şahidlik edib. Meydan sahibləri Böyük Britaniya təmsilçisinə qalib gələrək, qrup lideri olub – 3:1.

 

Qeyd edək ki, yığmamız Fransaya 0:2, İngiltərəyə 0:1 hesabı ilə uduzub.

 

VII qrup

31 mart

 

Azərbaycan – Danimarka - 0:3

Qollar: Qartenmann, 41; 59, Dueland, 83

Hakimlər: Adrien Yakkottet, Vital Yobin (hər ikisi İsveçrə), Stefan Luzi, Benoi Millo (hər ikisi Fransa)

Flers. "Stad de Haz" stadionu

 

Fransa – İngiltərə - 2:1

Qollar: Quyrassy, 31, Kornet, 50 - Roberts, 80

Hakimlər: Marko Quida, Andrea Krispo (hər ikisi İtaliya), Corcjije Raznatoviç, Nikola Dabanoviç (hər ikisi Çernoqoriya)

Sent-Lo. "Luis Villemer" stadionu

 

 

1.

Fransa

3

3

0

0

6:1

9

2.

İngiltərə

3

2

0

1

5:4

6

3.

Danimarka

3

1

0

2

5:5

3

4.

Azərbaycan

3

0

0

3

0:6

0

0