[b]La Liqanın ən güclüləri açıqlandı - FOTOSESSİYA[/b]
01.12.2015 - 09:29
[b]La Liqanın ən güclüləri açıqlandı - FOTOSESSİYA[/b]

İspaniya La Liqasında 2014/15 mövsümünün ən yaxşıları müəyyənləşib. Apasport.az saytının İspaniya Futbol Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, ən çox mükafata “Barselona”lılar layiq görülüblər.

 

Kataloniya klubunu çempion edən Luis Enrike mövsümün ən yaxşı baş məşqçisi seçilib. Ən yaxşı futbolçu və hücumçu “Barsa”nın lideri Lionel Messi olub. Argentinalı ulduz futbolçu 38 oyunda 43 qola imza atmaqla buna layiq görülüb. Azarkeşlər isə ən yaxşı hücumçu kimi 35 matçda 48 dəfə fərqlənən “Real”ın forvardı Kriştianu Ronaldonu seçiblər.

 

“Barselona”nın qolkiperi Klaudio Bravo da öz mövqeyində rəqibsiz olub. 37 oyunda 19 qol buraxan çilili qapıçı mövsüm ərzində 130 seyvlə diqqət çəkib. “Real”ın kapitanı Serxio Ramos (27 oyunda 4 qol) ən yaxşı müdafiəçi, yarımmüdafiəçisi Hames Rodriges isə (29 oyunda 13 qol, 12 məhsuldar ötürmə) ən yaxşı yarımmüdafiəçi adına layiq görülüb.

 

La Liqada çıxış edən ən güclü cənubi amerikalı Neymar (Braziliya: 33 oyunda 22 qol), ən güclü afrikalı isə Sofian Fequli (Əlcəzair: 33 oyunda 6 qol) seçilib.

0