[b]Argentinalı futbolçuları daşıyan avtobus aşıb[/b]
11.02.2016 - 01:14
[b]Argentinalı futbolçuları daşıyan avtobus aşıb[/b]

Argentinanın “Urakan” klubunun futbolçularını aeroporta aparan avtobus qəza törədib. Apasport.az saytının “Reuters”ə istinadən məlumatına görə, yoldan çıxan avtobus aşıb.

 

Hadisə “Urakan”ın Libertadores Kubokunun seçmə mərhələsində “Karakas”la oynamaq üçün yollandığı Venesuelada baş verib. Bildirilir ki, əyləc sistemində problem yaranmış avtobusu saxlamaq üçün sürücü əl tormozundan istifadə etmək istəyib, belə olan halda isə yoldan çıxan nəqliyyat vasitəsi aşıb.

 

İlkin məlumatlara görə, futbolçular arasında ciddi xəsarət alan yoxdu.

0