[b]“Qəbələ”nin futbolçusu türk klubuna qalib gəldi: Təzminat alacaq[/b]
11.02.2016 - 19:53
[b]“Qəbələ”nin futbolçusu türk klubuna qalib gəldi: Təzminat alacaq[/b]

“Qəbələ”nin futbolçusu Ermin Zets Türkiyənin “Balıkesirspor” klubuna qarşı açdığı məhkəmədə qalib gəlib. Apasport.az saytının məlumatına görə, köhnə klubundan təzminat tələb edən hücumçunun iddiası FİFA tərəfindən təmin olunub.

 

Qərara əsasən bosniyalı futbolçunun 2015-ci ilin mart, aprel və may aylarındakı maaşı klub tərəfindən ödəniləcək.

 

Bundan əlavə Türkiyə təmsilçisi oyunçu ilə müqaviləni vaxtından əvvəl pozduğu üçün əlavə təzminat da ödəyəcək.

 

Qeyd edək ki, Ermin Zets 2015-ci ildə qısa müddət “Balıkesirspor”un şərəfini qoruyub. 16 oyunda meydana çıxan hücumçu 7 qol vurub.

0