“Real” itirə-itirə gedir
11.02.2016 - 23:10
“Real” itirə-itirə gedir

Madrid “Real”ı daha iki futbolçusunu itirib. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasında “Roma”ilə qarşılaşacaq “kral klubu”nda Qaret Beyl və Pepe sıradan çıxıb.

 

Hər iki oyunçu “canavarlar”la ilk oyunda çıxış edə bilməyəcək.

 

Qeyd edək ki, daha əvvəl braziliyalı müdafiəçi Marselonun da həmin qarşılaşmada meydana çıxmayacağı dəqiqləşmişdi.

0