[b]AÇ-2016: Kapitan milli ilə vidalaşdı[/b]
26.06.2016 - 18:43
[b]AÇ-2016: Kapitan milli ilə vidalaşdı[/b]

AÇ-2016-nın 1/8 final mərhələsində Portuqaliya ilə oyun Xorvatiyanın müdafiəçisi Dario Srna üçün millidə sonuncu olub. Apasport.az saytının məlumatına görə, bu barədə “Croatiaweek” nəşri xəbər yayıb.

 

Əsas yığmada rekord sayda – 134 oyunda meydana çıxan 34 yaşlı futbolçunun bundan sonra sadəcə klubu “Şaxtyor” üçün oynayacağı bildirilib.

 

Qeyd edək ki, Xorvatiya – Portuqaliya matçının əsas vaxtı 0:0 başa çatmış, oyuna əlavə olunmuş dəqiqələrdə bir qol buraxan xorvatlar turnirlə vidalaşmışdılar.

0