[b] "Qəbələ" ilə oynamaq böyük fəxrdi" - Giya Tsetzadze [/b]
29.06.2016 - 20:36
[b] "Qəbələ" ilə oynamaq böyük fəxrdi" - Giya Tsetzadze [/b]

Avropa Liqasının I təsnifat mərhələsində sabah "Qəbələ" ilə qarşılaşacaq "Samtredia"nın baş məşqçisi Giya Tsetzadze oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının xəbərinə görə, gürcüstanlı çalışdırıcı şansların bərabər olduğunu deyib.

 

- Bizim üçün belə komandayla oynamaq çox böyük fəxrdi. O ki qaldı oyuna, hər şey meydanda bəlli olacaq. Fikrimcə, şanslar bərabərdi.

 

- Narahat görünürsüz, bu sabahkı oyunla bağlı deyil ki?

- Yox. Normal vəziyyətdəyəm.

 

- "Qəbələ"ni öyrənə bilmisiz? Hansı oyunlarına baxmısız?

- "Qəbələ"nin bir neçə oyununa baxmışam. Rəqibi analiz etmişik. Bu komandanı tanıyırıq.

 

- Rəqibin zəif tərəflərini müəyyənləşdirmisiz?

- Bəli. Ancaq bunu açıqlaya bilmərəm.

0