[b]“Cavab oyunu daha çətin olacaq” – Teo Uiks[/b]
01.07.2016 - 02:21
[b]“Cavab oyunu daha çətin olacaq” – Teo Uiks[/b]

“Çətin oyun oldu. İlk oyunda qələbə qazanmağımız yaxşı oldu. Çox qol vurmağımız isə cavab oyunuöncəsi işimizi bir qədər rahatlaşdıracaq. Yaxşı komandamız var. 5:1 hesablı qələbə də bunun göstəricisidir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin yeni transferi Teo Uiks deyib.

 

Avropa Liqasınınn I təsnifat mərhələsi çərçivəsində ilk oyununu keçirən “Qəbələ” doğma meydanda böyükhesablı qələbə qazandı. Gürcüstanın “Samtredia” klubu ilə üz-üzə gələn əyalət klubu meydanı 5:1 hesablı qələbə ilə tərk edib ki, qollardan üçünü yeni transfer Teo Uiks vurub.

 

Oyundan sonra futbolçu jurnalistlərin suallarını cavablandırarkən karyerasında ilk dəfə het-trik etdiyini deyib: “Bir oyunda 3 qol vurmağım yaxşı haldı. Karyeramda ilk dəfə het-trik etdim. Buna qədər bu sevinci yaşamamışdım. Oyundan əvvəl belə bir uğur qazanacağımı gözləmirdim. Yeni komandamda bu cür başlanğıc etmək sevindiricidir. Şans verildi, istifadə etməyə çalışdım”.

 

O, cavab oyununa da ciddi hazırlaşacağını, arxayınlaşmağa əsas görmədiyini vurğulayıb: “Doğma meydanda böyükhesablı qələbə qazanmaq yaxşıdı. Amma rəqibimiz də yaxşı komandadı. Çalışdıq, meydanda bütün sahələrə nəzarəti əldən verməyək. Sonda bu üstünlüyümüz tabloda da əksini tapdı. Ancaq nəzarəti itirməməliyik. Cavab oyunu daha çətin olacaq”.

0