[b]"Lill" - "Qəbələ" matçı polşalı hakimləri tapşırıldı [/b]
24.07.2016 - 21:08
[b]"Lill" - "Qəbələ" matçı polşalı hakimləri tapşırıldı [/b]

 

Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində "Qəbələ" ilə Fransanın "Lill" klubu arasında keçiriləcək ilk oyunun hakim təyinatları açıqlanıb. Apasport.az saytı xəbər verir ki, UEFA bu qarşılaşmanın Polşadan olan hakimlərə həvalə edib.

 

Qarşılaşmanın baş hakimi Daniel Stefanski olacaq. Ona yan xətt hakimləri Rafal Rostofski və David İqor kömək edəcək. Dördüncü hakim funksiyasını isə Zbiqnev Dobrınin həyata keçirəcək.

 

Qeyd edək ki, "Lill" ilə "Qəbələ" arasındakı ilk oyun iyulun 28-də səfərdə keçiriləcək. Cavab matçı isə bir həftə sonra - avqustun 4-də Bakıda baş tutacaq.  

0