[b]İsrail çempionu Bakıda darmadağına üzüldü[/b]
22.10.2016 - 20:55
[b]İsrail çempionu Bakıda darmadağına üzüldü[/b]

Qadın voleybolçulardan ibarət Bakı klubları yeni mövsüm üçün təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, “Azərreyl” və “Telekom”dan fərqli, avrokuboka qatılmayacaq “Azəryol” Azərbaycan Super Liqasına hazırlaşır.

 

Eldar Yusubovun rəhbərlik etdiyi komanda təlim-məşq toplanışı çərçivəsində yoxlama matçları da keçirir. Həftənin əvvəlində İsrailin “Makkabi” klubu ilə qarşılaşaraq, 2:3 hesabı ilə uduzan “Azəryol” ikinci oyununda rəqibindən revanş alıb.

 

Çempionlar Liqasına Bakıda hazırlaşan Hayfa klubu təmsilçimizlə oyunda darmadağın olub. 1 oyunçu istisna olmaqla, yerli gənc voleybolçulardan təşkil edilən “Azəryol” İsrail çempionuna set vermədən qalib gəlib – 3:0. 

0