[b]Kasilyas: Millidən getdiyimi deməmişəm[/b]
25.10.2016 - 14:03
[b]Kasilyas: Millidən getdiyimi deməmişəm[/b]

Madrid “Real”ının sabiq qapıçısı İker Kasilyasın milli karyerasını bitirib-bitirməməyinə aydınlıq gəlib. Apasport.az saytı xəbər verir ki, bu barədə təcrübəli qolkiperin özü İspaniya mətbuatına açıqlamasında məlumat verib.

 

Hazırda karyerasını “Porto”da davam etdirən Kasilyas yığma ilə vidalaşmadığını bildirib: “Millidən getdiyimi deməmişəm. Sadəcə, baş məşqçi David de Xeaya üstünlük verir. Onun seçiminə hörmətlə yanaşıram. Amma həmişə yığmaya kömək etməyə hazıram. Mənə nə vaxt ehtiyac duyulsa, millidə çıxış edərəm. Bunun üçün klubda stabil oyun göstərmək lazımdı”.

 

Qeyd edək ki, Kasilyas 2000-ci ildən dəvət aldığı İspaniya yığmasında 167 oyun keçirib.

0