[b]Rəqiblərimizin duelində polşalılar qələbə qazandı[/b]
11.01.2017 - 10:57
[b]Rəqiblərimizin duelində polşalılar qələbə qazandı[/b]

Qadın voleybolçular arasında Çempionlar Liqasında növbəti matçlar keçirilib. Apasport.az saytının məlumatına görə, turun ilk oyun günündə Azərbaycan çempionu “Azərreyl”in rəqiblərindən  “Sen-Rafael” (Fransa) “Dabrova Qornitsa”nı (Polşa) qəbul edib.

 

V tur çərçivəsində keçirilən matç qonaqların qələbəsi ilə başa çatıb. İlk oyunda Bakı təmsilçisinə 1:3 hesabı ilə uduzan polşalılar “Sen-Rafael”i eyni hesabla məğlub ediblər – 3:1 (25:18, 25:15, 20:25, 25:22).

 

Bu qələbə “Dabrova Qornitsa”nı qrupda 3-cü edib.

 

“Azərreyl” isə II turun oyununa bu gün çıxacaq.

 

Fənərbaxça

1

1

0

3-0

75-63

3

Azərreyl

1

1

0

3-1

93-94

3

Dabrova Qornitsa

2

1

1

4-4

189-173

3

Sen-Rafael

2

0

2

1-6

143-170

0

 

Qeyd edək ki, qarşılıqlı razılaşmaya əsasən Polşa və Fransa klubları ev oyunlarının yerini dəyişiblər. Bu səbəbdən də onlar V turun matçını keçiriblər.

 

0