[b]Dünyada 81-ci[/b]
04.02.2017 - 15:11
[b]Dünyada 81-ci[/b]

Çexiyada keçirilən Avropa çempionatının ardından fiqurlu konkisürənlərin dünya reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Konkisürmə Federasiyasının (İSU) cədvəllərində Azərbaycan idmançıları da yer alıb.

 

Kişilərin tək yarışlarında ölkəmizi təmsil edən Larri Loupolover 205 idmançı arasında 71-ci pillədə qərarlaşıb. Milliləşən legionerimizin hesabında 849 xal var.

 

Buz üstündə rəqslərdə mübarizə aparan Varvara Oqloblina ilə Mixail Jirnovdan ibarət duetə 385 xala malikdi. Onlar 126 cüt arasında 81-cidi.

0