[b]Azərbaycan çempionatında yeni mükafatçı[/b]
27.03.2017 - 15:49
[b]Azərbaycan çempionatında yeni mükafatçı[/b]

“Azəryol” qadın voleybolçular arasında Azərbaycan Super Liqasında yeni tarix yazıb. Apasport.az saytının məlumatına görə, Eldar Yusubovun rəhbərlik etdiyi 6 yaşlı komanda bu gün ölkə çempionatlarının ilk medalına qovuşacaq.

 

Komanda 15 görüşdə 28 xal toplamaqla, fəxri kürsünün üçüncü pilləsini təmin edib. Bürünc medal bu gün “Azərreyl”lə baş tutacaq son matçın nəticəsindən asılı olmayaraq, Bakı təmsilçisinin tarixinə ilk mükafat kimi düşəcək.

 

Bununla da, “Azəryol” Azərbaycan çempionatları tarixinə yeni mükafatçı kimi düşüb. 2008/2009 mövsümündən Super Liqaya çevrilən yarışın əvvəlki 8 mövsümündə 6 klub fəxri kürsüdə yer almışdı. “Azəryol” bu siyahıya 7-ci komanda kimi daxil olub. Bakılılar bunadək ən yaxşı halda 4-cü yerdə qərarlaşmışdılar.

 

Maraqlıdı ki, Super Liqada mükafat alan “yeddilik”dən yalnız 3-ü - cari mövsümü fəxri kürsüdə başa vuracaq komandalar fəaliyyətini davam etdirir. Digər 4 klub isə tarixin yaddaşına qovuşub.

 

Qeyd edək ki, cari mövsümün qızıl və gümüş medallarının sahibi bu gün baş tutacaq oyunlarda müəyyənləşəcək. Bu səbəbdən də “Telekom” və “Azərreyl”ə nəsib olacaq həmin mükafatlar cədvəldə əksini tapmayıb.

 

Super Liqanın mükafatçıları

 

Yer

Klub

Q

G

B

C

1

Rabitə*

7

0

0

7

2

Azərreyl

1

4

1

6

3

Lokomotiv*

0

3

2

5

4

İqtisadçı*

0

1

3

4

5

Bakı*

0

0

1

1

6

Telekom

0

1

0

1

7

Azəryol

0

0

1

1

Cəmi

 

8

9**

8

25

 

* işarəsi olan klublar fəaliyyətini dayandırıb.

** 2013/2014 mövsümündə 2 gümüş medal verilib, bürünc medal olmayıb.

 

 

0