[b]“İnter Arena”da 80-ci qol[/b]
30.03.2017 - 18:32
[b]“İnter Arena”da 80-ci qol[/b]

“Qəbələ”nin “İnter”in qapısından keçirdiyi qol yubiley xarakteri daşıyıb. Apasport.az saytının məlumatına görə, hazırda davam edən matçın 15-ci dəqiqəsində hesabı açan Daniel Subotiç komandasının ölkə kubokunda 80-ci qoluna imza atıb.

 

Belə ki, “qırmızı-qaralar” bunadək keçirdiyi 50 matçda 79 dəfə fərqlənmişdi. 51-ci görüşdə Subotiçin dublu ilə bu rəqəmi 81-ə çatdırıb.

0