[b]Çempionlar Liqasında yeni rekord[/b]
06.04.2017 - 18:12
[b]Çempionlar Liqasında yeni rekord[/b]

Qadın voleybolçular arasında Çempionlar Liqasında yeni rekord müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Türkiyənin “Vakıfbank” klubunun toppaylayıcısı Naz Aydəmir 9-cu dəfə “Dördlər finalı”na yüksəlməklə, yarışın tarixinə düşüb.  

 

İstanbul təmsilçisi bir gün öncə İsveçrə “Volero”su üzərində qələbə sayəsində adını Terevizoda keçiriləcək həlledici mərhələyə yazdırıb. Bu, Aydəmirin “Vakıfbank”la “Dördlər finalı”da ardıcıl 5-ci iştirakı olacaq.

 

O, qitənin ən nüfuzlu klub turnirində debütünü 2008/2009 mövsümündə edib. 19 yaşında yetirməsi olduğu “Əczaçıbaşı” ilə yarımfinal sevinci yaşayan Aydəmir 3 dəfə də “Fənərbaxça” ilə “Dördlər finalı”nda mübarizə aparıb.

 

Naz 2001-ci ildən Çempionlar Liqası kimi keçirilən yarışı 2012-ci və 2013-cü illərdə qızıl medalla başa vurub. 

0