[b]Qurban Qurbanov Luis Enrikedən öndə[/b]
27.04.2017 - 09:43
[b]Qurban Qurbanov Luis Enrikedən öndə[/b]

“Barselona” Luis Enrikenin rəhbərliyi altında 500-cü qolunu vurub. Apasport.az saytının məlumatına görə, XXXIV turun “Osasuna” ilə ev matçında komandasının 6-cı qoluna imza atan Xavyer Maskerano yubiley topunun müəllifi olub.

 

Bu top həm də kataloniyalıların La Liqada 100-cü qolu kimi tarixə düşüb. Barselonalılar Avropada 100-ü keçən mövsümün ilk komandası olub.

 

“Osasuna”nı 7:1 hesabı ilə yenən Enrikenin yetirmələri onun rəhbərliyi altındakı qol sayını 501-ə çatdırıb. 2014-cü ilin yayından “Barselona”ya rəhbərlik edən mütəxəssis üst-üstə bütün yarışlarda vurulan qol sayında bu rəqəmə çatıb.

 

Maraqlıdı ki, Azərbaycan klublarında işini davam etdirənlər arasında mütləq rekord Qurban Qurbanovlu “Qarabağ”a məxsusdu. 2008-ci ildən Ağdam təmsilçisinə rəhbərlik edən 45 yaşlı mütəxəssis indiyədək yetirmələrinin 561 qola sevinib. Bu da Enrikenin göstəricisindən 60 qol çoxdu.

0