[b]Mirça Luçesku qovuldu[/b]
28.05.2017 - 22:45
[b]Mirça Luçesku qovuldu[/b]

“Zenit” baş məşqçi Mirça Luçeskunu istefaya göndərib. Apasport.az saytının məlumatına görə, bu haqda klub rəsmi açıqlama yayıb.

 

Bu gün peterburqluların Direktor Şurası rumıniyalı mütəxəssislə müqavilənin vaxtından əvvəl ləğv edilməsi ilə bağlı qərar verib. Rusiya mətbuatı isə iddia edir ki, gələn həftə italiyalı Roberto Mançini “Zenit”də baş məşqçisi vəzifəsinə gətiriləcək.

 

Qeyd edək ki, Luçesku Sankt-Peterbrq klubuna ötən mövsümün əvvəli təyin olunmuşdu. Onun rəhbərliyi altında “Zenit” Premyer Liqada üçüncü yeri tutub.

0