[b]Federasiya prezidenti saxlanıldı[/b]
18.07.2017 - 12:29
[b]Federasiya prezidenti saxlanıldı[/b]

İspaniya futbolunda daha bir qalmaqallı hadisə baş verib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, İspaniya Futbol Federasiyasının prezidenti Anxel Mariya Vilyar saxlanılıb.

 

Səbəb kimi 29 ildi bu vəzifəni icra edən Vilyarın korrupsiya əməlləri göstərilir. Prezidentlə yanaşı, oğlu Qorka və daha bir neçə federasiya rəsmisi saxlanılıb.

 

Prezidentin işinə hakim Santiaqo Pedras baxacaq. O, korrupsiya ilə yanaşı, saxtakarlıq, ədalətsiz idarəçilik və vəzifədən sui-istifadədə ittiham edilir.

0