[b]Dani Kintana “Şerif”lə matçdan danışdı: İnandırıcı görünmür[/b]
23.07.2017 - 15:12
[b]Dani Kintana “Şerif”lə matçdan danışdı: İnandırıcı görünmür[/b]

“Artıq komanda ilə məşqlərə başlamışam. 2-3 həftə sonra oynayacaq halda olacam. Təbii ki, bunda baş məşqçinin qərarı da önəmlidir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintana deyib.

 

Komandanın fanşopunun açılış mərasimində iştirak edən ispaniyalı futbolçu tədbirdən sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- “Şerif”lə cavab oyununa hazır ola biləcəksinizmi?

- Ola bilsin ki, oynaya bilərəm, ancaq bu, inandırıcı görünmür. Çünki komanda ilə çalışmalara yeni başlamışam.

 

- Uzunmüddətli zədədən sonra özünüzü necə hiss edirsiniz?

- Hər şey yaxşıdı. Uzun müddət zədəli olsam da, özümü yaxşı hiss edirəm. Həkimlər də oynamağıma icazə verirlər.

 

- Qarşıdakı oyunla bağlı nə düşünür?

- “Şerif”in oyunlarını izləməyə başlamışam. Rəqib güclü komandadır, ancaq keçmək şansımız var. Kənardan göründüyü qədər asan rəqib deyil.

0