[b]“Qarabağ”ın istədiyi futbolçunun transfer qiyməti açıqlandı[/b]
27.07.2017 - 13:53
[b]“Qarabağ”ın istədiyi futbolçunun transfer qiyməti açıqlandı[/b]

“Qarabağ”ın maraq dairəsində olan Nikola Çitronun transfer qiyməti açıqlanıb. Apasport.az saytı İtaliya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı hücumçunu heyətinə qatmaq istəyən komanda onun çıxış etdiyi “Trapani”yə təzminat ödəməlidi.

 

Ötən mövsümün yekununa əsasən İtaliyanın C seriyasına düşən klub Çitronu havayı buraxmaq fikrində deyil. “Trapani” rəhbərliyi təcrübəli forvardın transfer vərəqəsini vermək üçün 400 min avro tələb edir.

 

Çitro uğrunda mübarizəyə qoşulan “Avellino” klubu bu günlərdə qarşı tərəfə rəsmi təkliflə müraciət edib. B seriyasının təmsilçisi Nikolanı heyətinə qatmaqda israrlıdı. “Avellino”nun Çitro ilə ilkin razılığa gəldiyi bildirilir. Futbolçu karyerasını bu klubda davam etdirməyə hazırdı. Lakin ona görə “Trapani”nin tələb etdiyi məbləğ qarşı tərəfi razı salmayıb.

 

Çitro C seriyasında çıxış etmək istəmir. Bununla belə, futbolçunun gələcək karyerası “Trapani” rəhbərliyindən asılıdı.

 

Qeyd edək ki, Nikola Çitro 2014-cü ildən “Trapani”nin formasını geyinir. 

0