[b]Millimizin keçmiş baş məşqçisi vəfat etdi[/b]
03.08.2017 - 22:27
[b]Millimizin keçmiş baş məşqçisi vəfat etdi[/b]

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının keçmiş baş məşqçisi Aleksandr Çervyakov vəfat edib. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis bu gün dünyasını dəyişib.

 

Milli komandamızda uzun müddət Faiq Qarayevin köməkçisi kimi işləmiş çalışdırıcı əsas yığmamızın baş məşqçiliyini də edib. O, millimizə İtaliyada keçirilmiş 2014-cü il dünya çempionatında rəhbərlik edib.

 

Qeyd edək ki, Aleksandr Çervyakov bir sıra klublarımızda da baş məşçi kimi işləyib. 

0