[b]Salah yenə hamını qabaqladı, Tosun 2-ci oldu[/b]
20.10.2017 - 15:06
[b]Salah yenə hamını qabaqladı, Tosun 2-ci oldu[/b]

Çempionlar Liqasının qrup mərhələsinin III turunun ən yaxşı futbolçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, İngiltərənin “Liverpul” klubunun futbolçusu Məhəmməd Salah turun ən yaxşısı seçilib.

 

“Maribor”la səfər oyununda 7:0 hesablı qələbəyə 2 qol və 1 ötürmə ilə töhfə verən Salah UEFA-nın rəsmi saytındakı sorğuda səslərin 51 faizini toplayıb. “Liverpul”un üzvü bununla da ardıcıl ikinci dəfə turun oyunçusu adına yiyələnib. O, II turda da fərqlənmişdi.

 

“Beşiktaş”ın futbolçusu Cenk Tosun səslərin 33 faizinə yiyələnməklə 2-ci olub. “Spartak”ın legioneri Kvinsi Promes 3-cü yeri tutub – 7 faiz.

0