[b]“Qarabağ”la matçda əldə edəcəyimiz 3 xal bizi 1/8 finala daşıyacaq”[/b]
17.11.2017 - 10:30
[b]“Qarabağ”la matçda əldə edəcəyimiz 3 xal bizi 1/8 finala daşıyacaq”[/b]

“Mövsümün 1/4 hissəsini geridə qoymuşuq. Çox maraqlı və həyəcanlı mövsüm keçir”. Apasport.az saytının məlumatına görə, bunu “Çelsi”nin yarımmüdafiəçisi Denni Drinkuoter deyib.

 

Yay fasiləsində “Lester”dən transfer edilən 27 yaşlı futbolçu yeni komandasının cari mövsümdəki çıxışını dəyərləndirib. İngiltərə millisinin üzvü həmçinin bundan sonrakı hədəflərindən də söz açıb.

 

Premyer Liqada yenidən zirvəyə qayıdacaqlarına inanan Drinkuoter Çempionlar Liqasında (ÇL) da “Qarabağ”la matçın önəmindən bəhs edib: “Mövsümə yaxşı start götürmüşdük. Çempionatda ikinci pillədə gedirdik, Karabao Kubokunda 1/4 finala adladıq. Çempionlar Liqasında ilk iki turda qələbə qazanmışdıq. Ancaq bəzi matçlarda uğursuz nəticə işimizi bir qədər qəlizləşdirdi. Buna baxmayaraq, həm Premyer Liqada, həm də Çempionlar Liqasında vəziyyəti düzəltmək üçün kifayət qədər vaxtımız var. Xüsusən də, Çempionlar Liqasında bizə cəmi 1 qələbə lazımdı. “Qarabağ”la matçda əldə edəcəyimiz 3 xal bizi 1/8 finala daşıyacaq. Premyer Liqada isə güclü rəqiblərlə qarşılaşacağıq. Artıq xal itkilərini minimuma endirməliyik”.

 

Qeyd edək ki, Premyer Liqada 4-cü pillədə qərarlaşan “Çelsi” Çempionlar Liqasında 4 turdan sonra 7 xalla turnir cədvəlinin 2-ci pilləsində yer alıb. London klubu ÇL-in növbəti turu çərçivəsində noyabrın 22-də “Qarabağ”ın qonağı olacaq.

0