[b]Beynəlxalq sərgidə AFFA guşəsi - FOTOSESSİYA[/b]
02.12.2017 - 11:00
[b]Beynəlxalq sərgidə AFFA guşəsi - FOTOSESSİYA[/b]

2018-ci ildə keçiriləcək dünya çempionatının final mərhələsinin püşkatma mərasimi ərəfəsində - noyabrın 30-dan etibarən Rusiyanın paytaxtı Moskvada XV “Futbol Market” beynəlxalq futbol sənayesi sərgisi keçirilir. Apasport.az saytının məlumatına görə, sərgidə AFFA-nın yerli futbol infrastrukturuna həsr olunmuş guşəsi yerləşdirilib.

 

AFFA-nın sərgidə iştirakının əsas məqsədi yerli futbol infrastrukturunun təqdimatı, xarici yığma komandaların və klubların ölkəmizdə təlim-məşq toplanışı keçirməyə cəlb edilməsidir. Guşədə AFFA Məşq Mərkəzi, Futbol Akademiyası, yeni reabilitasiya mərkəzi, Bayıl stadionu və Bakı Olimpiya Stadionu haqqında məlumat təqdim olunub. AFFA-nın guşəsi xüsusilə Rusiya futbol klublarının və Asiya ölkələrinin futbol federasiyalarının nümayəndələrinin marağına səbəb olub. Sərgidə AFFA-nın İnfrastruktur və Marketinq şöbələrinin nümayəndələri iştirak edib.

 

Bakıda olan futbol infrastrukturları iqlim şərtlərinin və qiymətlərin digər ölkələrdən daha münasib olmasına görə təlim-məşq toplanışlarının keçirilməsi üçün cəlbedicidi. Son 1 ildə artıq Türkmənistan və Küveyt futbol federasiyaları ölkəmizdə təlim-məşq toplanışları keçiblər.

 

Artıq XV dəfə təşkil edilən “Futbol Market” beynəlxalq futbol sənayesi sərgisinin bu il üçün əsas mövzuları stadionların effektiv istifadəsi, futbol klublarının marketinq və menecmenti, texnologiya və innovasiyalardı. Sərgidə yerli idman qurumları və 30-dan çöx ölkədən nümayəndələr iştirak edir.

 

Mənbə: affa.az

 

0