[b]Daha bir hakimimiz avrokubokda[/b]
02.12.2017 - 15:15
[b]Daha bir hakimimiz avrokubokda[/b]

Avropa Voleybol Konfederasiyası (CEV) daha bir azərbaycanlı hakimə növbəti təyinat göndərib. Apasport.az saytının məlumatına görə, Fikrət Axundov CEV kubokunun 1/16 final mərhələsində iş başında olacaq.

 

O, Hayfada qadın voleybolçular arasında təşkil olunacaq “Makkabi” (İsrail) – “Linamar” (Macarıstan) matçında baş hakim funksiyasını yerinə yetirəcək. Dekabrın 12-nə təsadüf edəcək görüşdə həmyerlimizə rusiyalı Pavel Anderson köməklik edəcək.

 

Qeyd edək ki, CEV Axundovdan öncə Eldar Zülfüqarova Çempionlar Liqasının oyununu həvalə edib.

 

0