AFFA bu gün 11000 manat qazanıb
13.05.2008 - 15:33
AFFA bu gün 11000 manat qazanıb
Bakı. Mehman Süleymanov - APA-Sport. AFFA Nizam-İntizam Komitəsinin (NİK) bu gün keçirdiyi iclasda kəsilən cərimələrə əsasən, 11000 manat qazanıb. “APA-Sport” agentliyinin məlumatına görə, NİK “Neftçi”, “Qəbələ”, və “Simurq” klublarını Azərbaycan Premyer Liqasının son turunda keçirdiyi matçlarda futbolçuları nəzərdə tutulduğundan daha çox sarı vərəqə aldığı üçün hərəyə 1000 manat cərimələyib. Son turda qırmızı vərəqə alan futbolçular Zaur Tağızadə ilə Fabio Luis Ramimim cəzası eyni olub. Belə ki, hər iki yarımmüdafiəçi iki oyunluq cəzaya və 2000 manatlıq cəriməyə məruz qalıb.
0