[b]“Mançester Siti” də dayandı[/b]
14.01.2018 - 22:12
[b]“Mançester Siti” də dayandı[/b]

İngiltərə Premyer Liqasının XXIII turunda “Liverpul” “Mançester Siti”yə qalib gəlib. Apasport.az saytının məlumatına görə, bu nəticə ilə “şəhərlilər” mövsümdə ilk məğlubiyyətlə tanış olublar.

 

Mersisaydlıların 4:3 hesablı qələbəsi ilə yekunlaşan görüş həm də Yürgen Kloppun komandasının ardıcıl 14-cü məğlubiyyətsiz və 4-cü qalib gəldiyi oyun olub.

 

Qeyd edək ki, bu matçdan sonra aktivində 62 xal olan “Mançester Siti” birinci, 47 xallı “Liverpul” isə üçüncü pillədə qərarlaşıb.

0