[b]Patris Evra “Qalatasaray” azarkeşlərinə səsləndi - VİDEO[/b]
19.01.2018 - 21:20
[b]Patris Evra “Qalatasaray” azarkeşlərinə səsləndi - VİDEO[/b]

Fransalı oyunçu Patris Evra “Qalatasaray” azarkeşlərinə mesaj yollayıb. Apasport.az saytının məlumatına görə, müdafiəçi ona söylənən xoş sözlərə görə türk fanatlara təşəkkür edib.

 

Belə ki, qış “transfer pəncərəsi” dövründə adı İstanbul klubu ilə hallanan Evraya “cim-bom” azarkeşləri xoş sözlər söyləyərək, onu öz komandalarına dəvət etmişdilər.

 

Bu çağırışlara instaqram hesabından cavab verən Fransa millisinin keçmiş üzvü türkcə mesaj verib: “Qalatasaray”ın oyunçusu deyiləm, amma haqqımda söylənən xoş sözlərə görə hamınıza minnətdaram. “Mərhaba, gülə-gülə”. Mən bu oyunu sevirəm”.

 

Qeyd edək ki, son klubu “Marsel” olan Evra azarkeşə təpik vurduğu üçün komandadan uzaqlaşdırılmışdı.

0