[b]“Bu sözlər sizin komandaya da aiddi” – Aliasger Hasanzade[/b]
24.01.2018 - 01:00
[b]“Bu sözlər sizin komandaya da aiddi” – Aliasger Hasanzade[/b]

Milli komandamızla yoldaşlıq oyunu keçirən İran yığmasının kapitanı Aliasger Hasanzade matçdan sonra apasport.az saytına müsahibə verib.

 

- Yenə 3:3 hesabı qeydə alındı. Oyundan razı qaldınızmı?

- Çətin oyun oldu. Azərbaycan millisi yaxşı komandadı. Heyətlərindəki braziliyalılar xüsuilə fərqlənir. Maraqlı, həm də gərgin qarşılaşma alındı. Məncə, hər iki komanda üçün faydalı bir qarşılaşma oldu.

 

- Bəs İran yığması nə qazandı bu qarşılaşmadan?

- Biz də Asiya çempionatına hazırlaşırıq. Elə yarışdan əvvəl bu cür oyunun keçirilməsi vacib idi. Taktiki və texniki baxımdan bir neçə tapşırığı yerinə yetirdik. Bu sözləri sizin komandaya da aid edirəm. Məncə, Avropa və Asiya çempionatlarına yollanacaq Azərbaycan və İran komandaları bunu bəhrəsini orada görəcəklər. Çünki hər iki komanda səhvlərini görmüş oldu.

 

- İran dünyanın ən güclülərindən biridi. Bu heç-heçədən sonra necə düşünürsüz, Azərbaycan millisi Avropa çempionatında yaxşı nəticə əldə edə biləcək?

- Bu fikirdəyəm ki, Azərbaycan Avropa çempionatından yaxşı nəticə ilə dönəcək. Çünki komanda üzvləri bir-birini yaxşı başa düşür, ahənglik var. Üstəlik, taktiki cəhətdən də düzgün oynayırsız.

 

- Xüsusi fərqləndirmək istədiyiniz oyunçu varmı?

- Komanda şəklində hamısı yaxşı oynadı. Ona görə tək-tək ad çəkmək istəməzdim.

 

- Sabah daha bir oyun var. Meydana çıxmağa gücünüz qalıbmı?

- Biz buna adət etmişik. Ona görə də problem yoxdu. Gücümzü qalıb, oynayacağıq.

0