[b]Ən yaxşı adına 4 namizəd[/b]
15.02.2018 - 17:35
[b]Ən yaxşı adına 4 namizəd[/b]

Çempionlar Liqasında bu həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb. Apasport.az saytı xəbər verir ki, siyahıda 4 futbolçunun adı var.

 

Bunlar “Liverpul”dan Sadio Mane, “Mançester Siti”dən İlkay Gündoğan, “Tottenhem”dən Kristian Eriksen və “Real”dan Marselodu.

 

Mane “Liverpul”un “Porto”nu 5:0 hesabı ilə üstələdiyi matçda het-trikə, İlkay Gündoğan isə “Mançester Siti”nin “Bazel”ə 4:0 hesabı ilə qalib gəldiyi görüşdə dubla imza atıb.

 

Eriksen “Yuventus”la qarşılaşmada komandasını məğlubiyyətdən xilas edən (2:2) qolu vurduğu halda, Marselo PSJ ilə oyunda “Real”ın sonuncu qolunun müəllifi olub (3:1).

 

Qeyd edək ki, qalibi müəyyənləşdirmək üçün başlanılan səsvermə prosesi UEFA-nın saytında, azarkeşlər arasında keçirilir.  

0