Emin İmaməliyev: “Azərbaycan yığması üçün istənilən qələbə vacibdir”
05.06.2008 - 16:31
Emin İmaməliyev: “Azərbaycan yığması üçün istənilən qələbə vacibdir”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Fikrimcə, milli komandada hər bir baş məşqçiyə vaxt vermək lazımdır. Yığmada 2-3 il işləməyəcək mütəxəssis ilk ilində əsasən heyəti qurmaq üzərində çalışır”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycan milli komandasının və “İnter” klubunun yarımmüdafiəçisi Emin İmaməliyev deyib. Berti Foqtsun rəhbərliyi altında milli komandamızın Bosniya və Herseqovina və Andorra yığmaları ilə yoldaşlıq görüşlərini izləyən 28 yaşlı futbolçu əsas dəyişikliyi taktiki planda sayır: “Xətti müdafiəyə, 4 müdafiəçi oyuna keçən yığma iki hücumçu ilə çıxış edir, cinah müdafiəçiləri hücuma böyük dəstək verir. Komandamız Bosniya və Herseqovinada ilə görüşdə buraxdığı qoldan sonra 30 dəqiqədə yaxşı oynamışdısa, Andorrada bütün matç boyu yaxşı təsir bağışladı. Nəticədə qazandığımız qələbəni təqdirəlayiq hesab edirəm. Bizə hazırda rəqibdən asılı olmayaraq, istənilən qələbə vacibdir. Bu futbolçulara böyük stimul verəcək, özünəinam hissini artıracaq”.
0