Bloxin Moskvadan qovuldu
27.11.2008 - 12:15
Bloxin Moskvadan qovuldu
Ukraynalı mütəxəssis Oleq Bloxin “Moskva” klubundan istefaya göndərilib. Apasport.az saytının məlumatına görə, rəhbərlik işindən razı qalmadığı 56 yaşlı baş məşqçi ilə mövsüm bitəndən sonra yollarını ayırmağa qərara alıb. Ötən il UEFA kubokuna vəsiqə qazanan “Moskva” bu dəfə mövsümü 9-cu yerdə başa vurub. Bloxin rəhbərliyin bu qərarını narazılıqla qarşılamayıb: “Neyləmək olar, məşqçinin taleyi belədir. Bunun ayrılmaz hissəsi istefa ilə bağlıdır. İndiki vəziyyəti şərh etməyə hələ hazır deyiləm”.
Qeyd edək ki, Bloxin bir il öncə Ukrayna yığmasının baş məşqçi postundan “Moskva”nın sükanı arxasına keçib.
0