Mariya Şarapova eşqə düşüb - FOTO
16.02.2009 - 17:53
Mariya Şarapova eşqə düşüb - FOTO
Rusiya tennisçisi Mariya Şarapova aşiq olub. Apasport.az saytının məlumatına görə, 22 yaşlı idmançı amerikalı rejissor Çarli Ebersolla eşq macərası yaşayır.

25 yaşlı Çarli kifayət qədər məşhur ailədəndir. Onun atası “NBC Sport” telekanalının prezidenti Dik Ebersol, anası isə Hollivud aktrisası Suzan Seynt Ceymsdir. Çarli həm də 2004-cü ildə baş verən inanılmaz olayla diqqət mərkəzinə gəlib. O, 2004-cü ildə atası və kiçik qardaşı Teddi ilə birgə Koloradoda təyyarə qəzasına uğrayıb. Qəza nəticəsində Teddi dünyasını dəyişib.

Kiçik qardaşına Boston şəhərində abidə qoyduran Çarli Şarapova ilə birgə həyat sürür. Onlar ötən ilin payızında tanış olublar. Mariya rejissora tədricən isinişib və indi ona dəlicəsinə vurğundur.

Tennisçinin bu halı atası və həm də şəxsi məşqçisi olan Yuri Şarapovun da narahatlığına səbəb olub. Mariyanın son vaxtlar zədə ucbatından turnirlərə qatılmadığını söyləyən Yuri Şarapov belə deyib: “Artıq o, mənim sözümü dinləmir. Maşanı aşiq olduğu kişidən başqa heç kim onu tennisə qaytara bilməz”.
0