Şahin Diniyevin ilk heç-heçəsi
10.04.2009 - 17:51
Şahin Diniyevin ilk heç-heçəsi
Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyev Rusiyada ilk heç-heçəsini edib. Apasport.az saytının məlumatına görə, 43 yaşlı mütəxəssisin bu ildən çalışdırdığı Qroznının “Terek” klubunun gənclərdən ibarət komandası bu gün evdə “Rubin”lə matçdan qolsuz bərabərliklə ayrılıb. Qonaqlar son 10 dəqiqədə futbolçusu ikinci sarı vərəqə alıb, meydandan çıxarıldığına görə azlıqda qalsalar da, Diniyevin komandası bundan yararlana bilməyib. Bu, məşqçimizin hazırkı postunda ilk heç-heçəsi olub.

Qeyd edək ki, “Terek”in gənclərdən ibarət komandası cari mövsümdə keçirdiyi 4 oyundan sonra 7 xal toplayıb.
0